Moskva: Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərtimiz yoxdur

QafqazTimes xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çərşənbə axşamı bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlara başlamaq üçün heç bir ilkin şərti yoxdur.

O, jurnalistlərə açıqlamasında deyib: “Ukrayna Rusiya ilə sülh danışıqlarına mane olan qanun qəbul edib.”

Rudenko əlavə edib: “Bu, onların seçimidir. Biz həmişə belə danışıqlara hazır olduğumuzu bəyan etmişik.”

Rusiya xarici işlər nazirinin müavini həmçinin deyib: “Bizim tərəfimizdən (danışıqlar üçün) Ukraynanın öz xoşməramlılığını göstərməli olduğu əsas şərtdən başqa heç bir ilkin şərt yoxdur.”

Bu arada, çərşənbə axşamı Ukrayna prezidentinin müşaviri növbəti dəfə ölkənin Rusiya ilə atəşkəsə qarşı olduğunu bəyan edib.

O, öz sözlərində deyib: “Atəşkəs bizim hücumlarımızı dayandırmaq deməkdir və bu, Rusiyaya qüvvələrini bərpa etmək üçün vaxt verəcək.”

Ukrayna prezidentinin müşaviri deyib ki, Kiyev heç vaxt danışıqlardan imtina etməyəcək, lakin Rusiya ilk növbədə öz qüvvələrini Ukraynadan çıxarmalıdır.

O, çıxışına davam edərək deyib: “Tamamilə aydındır ki, Putin danışıqlara hazır deyil, ona görə də biz Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparacağıq.”

Bu arada Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi (7 noyabr) Rusiyanın Ukrayna ilə danışıqlara hazır olduğunu vurğulasa da, Kiyevin siyasətinin bu ehtimalı aradan aparacağını bildirib.

Qeyd edək ki, Zelenski bundan öncə iddia etmişdi ki, Kiyev Moskva ilə danışıqlara bu şərtlə hazırdır ki, Putindən başqa prezident Rusiyada iş başında olsun.

Bu xəbərdən sonra “Wall Street Journal” Ağ Evin təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın Rusiya prezidentinin baş müşavirləri ilə gizli danışıqları haqda məlumat yayıb.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı

1 şərh

PROMOCODE Noyabr 10, 2022 - 9:42 səhər

👉 Annie He wants to talk frankly with you and show you something, you will like it. Click Here:👉 http://bit.do/fVzCF

Add Comment