Moskva: Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski vardır

QafqazTimes xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini çərşənbə günü bir müsahibəsində deyib ki, Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riski var, lakin Moskva problemi diplomatik yollarla həll etməyə çalışır.

Əl-Cəzirə telekanalının məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Ukrayna ilə gərginlik və NATO-nun müdaxiləsi barədə deyib: “Rusiya ilə NATO arasında birbaşa münaqişə riski var. Təbii ki, Rusiya NATO ilə məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, NATO-nun vəziyyətə hərbi müdaxilə etməyəcəyi barədə bəyanatı onların hələ də sağlam düşüncəyə malik olduğunu göstərir.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da çərşənbə günü deyib ki, Moskva bu gün Kiyevlə danışıqların yeni mərhələsinə hazırdır.

Peskov jurnalistlərə deyib: “Biz ukraynalı müzakirəçilərin iştirak edib-etməyəcəyini təxmin edə bilərik, amma ümid edək ki, bu baş verəcək. Danışıqçılarımız orada hazır olacaq.”

Kremlin sözçüsü əlavə edib ki, Moskva Qərbin Rusiya iqtisadiyyatına qarşı sanksiyalarına sərt, düşünülmüş və aydın cavab hazırlamalıdır.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır