Moskva metrosunda sərnişin relslərin üzərinə düşdü (Video izlə)

Rusiya paytaxtı Moskvanın “Belorusskaya” stansiyasında relslərin üzərinə düşən şəxs xilas edilib.

Relslərə yıxılan kişini polis və hadisəyə biganə qalmayan yoldan keçən şəxs xilas edib.

Müşahidə kamerası tərəfindən lentə alınan xilasetmə görüntüləri Rusiya Daxili İşlər Nazirliyi tərəfindən nümayiş etdirilib.

Nazirliyin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, 32 yaşlı Moskva sakini müvazinətini itirərək platformadan yıxılıb və xəsarət alıb. Onun köməyinə həmin gün xidmətdə olan polis baş serjantı Dmitri Kaçur və hadisənin şahidi olan 25 yaşlı gənc çatıblar.

Onlar platformaya tullanıb, qurbanı relslərin arasına qoyub və yaxınlaşan elektrik qatarının maşinistinə təcili siqnallar verməyə başlayıblar.

Zərərçəkmiş paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Related posts

Aviaqəzalarda dünyasını dəyişən dövlət başçıları – SİYAHI

Rusiyada manyakın təhlükəli görüntüləri yayılıb – VİDEO

BMT-nin iclasında Seyid İbrahim Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – FOTO