Molla Bəradər ölüm xəbərini təkzib etdi

Qafqaztimes xəbər verir ki, Əbdülqəni Molla Bəradər ölümü və bu qrupun rəhbərliyi arasında fikir ayrılıqlarının olması ilə bağlı şayiələri təkzib edib.

Talibanın Qətərdəki siyasi bürosunun sözçüsü Məhəmməd Nəim Əfqanıstan milli televiziyasında yayımlanan bir videoda bu videonun qrupun baş nazirinin müavini Molla Əbdülqəni Bəradərla yeni bir müsahibə olduğunu söyləyib.

Bu müsahibədə Molla Bəradər ölümü ilə bağlı yayılan şayiələri bir daha təkzib edib.

O, həmçinin Taliban liderləri arasında heç bir daxili fikir ayrılığının olmadığını inkar edərək, deyib: “Aramızda hətta bir ailə daxilində belə olmayan böyük bir ülfət və məhəbbət vardır.”

O əlavə edib ki, Taliban mənsəb üçün deyil, işğala son qoymaq üçün qurban verdi.

Qeyd olunan bu video, son günlər Taliban liderlik şurası arasında fikir ayrılığı olduğunun irəli sürüldüyü bir vaxta təsadüf edir.

Bəzi mənbələr isə Molla Bəradərın qrup üzvləri arasında baş verən toqquşmada yaralandığını və ya öldüyünü iddia edirlər.

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib