Misir: Sionistləri məqsədyönlü tədbirləri Qəzzədəki vəziyyəti pisləşdirir

Misir XİN başçısı sionist rejimin məqsədyönlü siyasətinin Qəzzədəki vəziyyətin pisləşdirdiyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Sameh Şükrü İsrail rejiminin Qəzzəyə humanitar yardımların çatdırılması məsələsində qərəzli siyasəti şəraitin daha da gərginləşməsinə səbəb olduğunu vurğulayıb.

O, deyib: Qəzzəyə daxil olan humanitar yardımlar ehtiyacları ödəmir və çox azdır.

Qəzzə müharibəsinin 34-cü günündə sionist rejim Qəzzənin həyati infrastrukturlarına zərbələrini davam etdirir və vəhşicəsinə bu xalqa və torpaqlarına qarşı təcavüzkarlığını artıq gizlətmir.

Qeyd edək ki, sionist rejimin Fələstin İnformasiya qaynaqları Cenin şəhərinin Əl-Şəfa xəstəxanasına qırıcılarla hücumundan xəbər verirlər.

Səhiyyə Nazirliyi bu günə kimi 10569 nəfərin şəhid olduğudan xəbər verir. Onlardan 4324-ü uşaq və 2823-ü isə qadındır. Yaralıların sayı isə 26 min 475 nəfər elan olunub.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı