Misir İsrailin Rəfəhə hücumuna razı deyil

Misir və ABŞ xarici işlər nazirlərinin mətbuat konfransında rəsmi Qahirə İsrilin Qəzzə zolağı və Rəfəhə hücumuna müxalif olduğunu bildirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ dövlət katibi Antoni Blinken bu gün (21 mart) Yaxın Şərqə səfəri turnesində Qahirəyə səfər edib və misirli həmkarı Samih Şükrü ilə görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Misir XİN başçısı bu konfransda deyib: Rəfəhdə heç bir hərbi əməliyyat olmamalıdır. Biz Qəzzə mövzusu ətrafında danışıqlar apardıq: Qəzzədə atəşkəs, humanitar yardımların daha çox daxil olması və girovların qaytarılması məsələsi ehtiva edilmişdi.

Samih Şükrü həmçinin deyib: evlərindən didərgin düşmüş Qəzzə fələstnlilərinin Rəfəhdə sığındıqları üçün İsrail Rəfəhə hücum etməməlidir. Bu vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq. Biz regionda əmin-amanlıq xatrinə iki ölkə arasında konfliktlərin həlli istiqamətində razılığa çalışırıq.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik