Minlərlə sionist Naftali Bennetin istefası üçün nümayiş keçirib

QafqazTimes xəbər verir ki, Sionist rejim daxilində daxili çəkişmələrin şiddətləndiyi bir vaxtda keçmiş baş nazir Benyamin Netanyahu və onun minlərlə tərəfdarı hazırkı sionist baş nazir Naftali Bennetin istefasını tələb ediblər.

“Yedioth Ahronoth” qəzeti bununla bağlı yazıb: “Qərbi Qüdsdə işğalçı hökumətin qərargahı qarşısında Netanyahunun özünün də iştirakı ilə baş tutan İsrail sağçılarının nümayişi zamanı etirazçılar Naftali Bennetin vəzifədən uzaqlaşdırılmasını və istefasını tələb ediblər.’

Məlumata görə, nümayişin vaxtı bir neçə gün əvvəl müəyyən edilsə də və ötən ayın sonunda İsrailə qarşı hücumlara etiraza həsr olunsa da, çərşənbə günü işğalçı hökumətdəki hakim koalisiya İdit Süleymanın istefası ilə Knessetdəki say çoxluğunu itirdikdən sonra bu iş daha da sürətlənib.

Nümayişçilər əllərində “Xalq yəhudi dövləti istəyir” yazılmış plakatlar qaldırıb və Benneti istefaya çağıran şüarlar səsləndiriblər.

Bu gün çıxış edən Netanyahu etirazçıları “hökuməti devirməyə və sağçı hökumət qurmağa” çağırıb və əlavə edib: “Bu gün vətənə qayıtmaq üçün vəhdətin və milli düşərgəyə dönmək üçün keçmişin bütün qalıqlarını bir kənara atmağın vaxtıdır.”

Related posts

Dünyanı kim qarışdırır?

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı