Milyonlarla yəmənli xəstə uşaq kütləvi ölüm riski altındadır

Qafqaztimes xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Nəqliyyat Nazirliyi bazar günü təşkil etdiyi mətbuat konfransında Səudiyyə koalisiyasının hücumları səbəbiylə Yəmən nəqliyyat sektoruna dəyən ziyan barədə məlumat verib.

Amir Əl-Məraninin sözlərinə görə indiyədək Səna hava limanının bağlanması 80 nəfərin ölümü ilə nəticələnib. Eyni zamanda 450 mindən çox insanın müalicə üçün təcili xaricə səfər etməyə ehtiyacı vardır.

Yəmənin Nəqliyyat Naziri bildirib ki, Yəmənin mühasirəyə alınması dəniz nəqliyyatı, quru və hava nəqliyyatı xərclərində görünməmiş bir artıma səbəb olmuşdur.

O, həmçinin qeyd edib ki, icazəsi olmasına baxmayaraq yanacaq daşıyan gəmilərin Əl-Hudeydə limanına girməsinin qarşısını almaq kütləvi bir soyqırımdır. Yəmənin davam edən mühasirəsi və dərman idxalının qadağan edilməsi nəticəsində milyonlarla xəstə uşaq kütləvi ölüm riski altındadır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO