Milli parkın mühafizəçilərinə atəş açıldı – FOTO

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən ediliblər. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb.

“Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib”.

Xidmət rəisinin sözlərinə görə, digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO