“MilkyWay” şokolad batonuna videooyun quraşdırdılar (Video izlə)

Elektronika şirkəti “Adafruit” “MilkyWay” şokolad batonuna “Doom” oyunu ilə işləyən miniatür ekran quraşdırıb.

Müvafiq video şirkətin “YouTube” kanalında yayımlanıb.

Aksiya “Halloween” bayramına təsadüf edib. Lakin tərtibatçılar belə şokoladları yeməyi məsləhət görmürlər.

Videonun özündə də müvafiq xəbərdarlıq əks olunub.

Qeyd edək ki, orijinal “Doom” videooyunu 1993-cü ildə buraxılıb və sənaye tarixində ən təsirli kompüter oyunlarından birinə çevrilib. Onun populyarlığı atıcı oyunlar janrının gələcək inkişafını və yayılmasını müəyyənləşdirib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO