“Mercedes”i saxlayan yol polisi maşında görün nə aşkarladı – İşə Qida Təhlükəsizliyi qarışdı

Bakıda avtomobildə mənşəyi məlum olmayan ət aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 8-də saat 14 radələrində Yasamal rayonu ərazisində Tərtər rayon sakini Elgiz Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı oradan 120 kiloqram çəkidə mənşəyi məlum olmayan ət məhsulu aşkar edilib.

Polis əməkdaşları tərəfindən akt tərtib olunub və sürücü avtomobillə birgə Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib.

Related posts

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO