Mask: “Biz milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq” (Video izlə)

“Tesla”nın baş direktoru və “Twitter”in yeni sahibi İlon Mask G20 sammiti çərçivəsində keçirilən konfransda videobağlantı vasitəsilə çıxış edərək gələcəyə dair fikirlərini təqdim edib.

Sahibkarın sözlərinə görə, o, gələcəkdə yerin dərinliklərində qazılmış tunellərdən istifadə etməklə tıxaclara qarşı mübarizənin reallaşacağını, raketlə Yer kürəsi ətrafında bir saatdan az vaxta dövrə vurulacağını və kosmosda yadplanetlilərlə təması görür.

“Ola bilsin ki, biz orada milyonlarla il yaşı olan yadplanetliləri tapacağıq”, – deyə milyarder bildirib.

Maskın sözlərinə görə, tıxacla mübarizə aparmaq üçün uçan avtomobillərdənsə yeraltı tunellər yaxşıdır.

“Çünki belə olarsa, avtomobillər başınıza düşməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Maskın videoçıxışı zamanı dinləyicilər onun yalnız üzünü və əllərini görüblər, ekranın qalan hissəsi qara olub. Sahibkar zəngə üç dəqiqə qalmış işığının kəsildiyini izah edib və enerji gələcəyi ilə bağlı müzakirələri şam işığında danışmaqda ironiya gördüyünü bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi