ABŞ-da iki təyyarə toqquşub: Altı nəfər həlak olub (Video izlə)

Texasda hava şousu zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər həlak olub.

Bu barədə bazar günü Dallas dairəsinin hakimi Kley Cenkins öz “Twitter” səhifəsində məlumat verib.

“Dallas dairə tibbi ekspertinin məlumatına görə, “Wings Over Dallas” hava şousunda dünən baş verən insident nəticəsində ümumilikdə 6 nəfər ölüb”, – Cenkins açıqlamasında bildirib.

Qeyd edək ki, aviaşou zamanı “Boeing B-17” bombardmançı təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub.

Related posts

Dünyanı kim qarışdırır?

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO