Maşının nömrəsini dəyişdi, narkotik istifadə etdi, 5 avtomobili əzdi … (Video izlə)

Başqa nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanlarından istifadə etməklə avtomobili narkotik vasitənin təsiri altında idarə edən və yol polisinin qanuni tələbinə əməl etməyən sürücü həbs edilib. 

Bu barədə Baş Dövlət Yol Polisi idarəsindən məlumat verilib. Bildirilib ki, Bakı şəhər sakini Əbdüləli Quliyev “Chevrolet” markalı avtomobili müvafiq sənədləri olmadan, eləcə də avtomobilin üzərinə başqa nəqliyyat vasitəsinə məxsus 90-SR-036 dövlət qeydiyyat nişanı bağlayaraq idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda saxlama işarəsi verilmiş, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

Müayinə zamanı Əbdüləli Quliyevin narkotik maddə qəbul etməsi aşkar edilib və onun barəsində müvafiq sənədləşmə aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO