Marsda saatlarla davam edən güclü zəlzələ baş verib.
Bu barədə elm adamlarının “American Journal of Geoscience” jurnalında məqaləsi dərc edilib.
Bildirilir ki, təkanlar keçmişin ən əhəmiyyətli seysmik hadisəsindən ən azı beş dəfə güclü olub və “qırmızı” planetdə müşahidələr tarixinin ən böyük zəlzələsi sayılır.
Zəlzələ NASA-nın “InSight Mars Lander” gəmisindəki seysmometr tərəfindən qeydə alınıb.
Alimlərin fikrincə, Marsda seysmologiya prosesləri planetin səthinin altında nəyin yatdığı barədə daha yaxşı mülahizələr yürütməyə imkan verir (bura su tapmaq da daxildir), həmçinin planetin qabığının və dərin daxili hissəsinin necə qurulduğuna dair bir anlayış yaranır.
Yerdə olduğu kimi, Marsda da əksər zəlzələlərin “torpaq” kütlələrinin hərəkəti nəticəsində baş verdiyi düşünülür.
Məqalədə sözügedən zəlzələnin bu ilin mayın 4-də baş verdiyi və 4,7 bal gücündə olan zəlzələnin “uzun saatlar” davam etdiyi vurğulanıb.
Bundan əvvəlki ən güclü zəlzələ 2021-ci ilin avqustunda qeydə alınıb və maqnitudası təxminən 4,2 bal olub. Marsda daha bir şiddətli zəlzələ ötən ilin dekabrında baş vermişdi. Belə ki, zəlzələnin maqnitudası 4 bal olsa da, dalğası planetin bütün səthinə yayılmışdı.