Maraqlı görüntülər: Təyyarə magistral yola endi (Video izlə)

ABŞ-ın Şimali Karolina ştatında təkmühərrikli təyyarə nasazlıq səbəbindən magistral yola məcburi eniş edib.

Göyərtəsində iki nəfərin olduğu kiçik təyyarənin mühərrikində nasazlıq baş verib.

Kameraya əks olunan anlarda avtomobillər hər iki istiqamətdə hərəkət edərkən təyyarənin elektrik xətlərindən keçərək eniş etdiyi görülür.

Bildirilib ki, magistral dağlıq ərazidə yeganə düzənlikdir və bu səbəbdən pilot belə seçim edib.

Xoşbəxtlikdən, təcili eniş zamanı xəsarət alan olmayıb.

Related posts

Qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi – FOTO/VİDEO

Üzümlərini şaxtadan qorumaq istəyən italyanlardan maraqlı üsul – VİDEO

İtləri boyayıb panda kimi təqdim etdilər – FOTO/VİDEO