Maradonanın əl ilə qol vurduğu top fantastik qiymətə satıldı – FOTO/VİDEO

Dieqo Armando Maradonanın 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatında əl ilə qol vurduğu top hərracda satışa çıxarılıb.

Çempionatın 1/4 finalında İngiltərəyə qarşı oyunda istifadə olunan top “Graham Budd Auctions” hərracında 2,28 milyon avroya satılıb.

Topu İngiltərə-Argentina matçında çalışmış tunisli hakim Əli Bin Naseru satışa çıxarıb. Hər lot üzrə gəlirin 3,43 milyon avro olacağı gözlənilirdi, bununla belə başlanğıc qiymət 570 min avrodan başlayıb.

Argentina yığması əfsanəvi Dieqo Maradonanın iki qolu sayəsində 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. İlk qolu isə o, əli ilə vurub. Hakim britaniyalıların etirazına baxmayaraq, topun başla vurulduğu qənaətinə gəlib və qolu qeydə alıb.

1986 in Mexiko Viertelfinale ARG – ENG 2:1 MARADONA / ARG Diego Maradona
EDITORIAL USE ONLY General views of the football used by Maradona to score the ‘hand of God’ goal at the 1986 World Cup quarter final between Argentina and England being displayed at Wembley ahead of its auction later this month. Picture date: Tuesday November 1st, 2022.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO