Makron: Le Penin hicab qadağası planı Fransada vətəndaş müharibəsinə səbəb olacaq

QafqazTimes xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və onun ifrat sağçı rəqibi Marin Le Pen arasında qızğın debat keçirilib və bu debat zamanı hər iki namizəd bir birilərini səriştəsizlikdə ittiham ediblər.

Makron Fransa prezidentinin müəyyənləşdirilməsi üçün bazar günü keçiriləcək ikinci və son səsvermə ərəfəsində Le Peni Rusiya ilə əlaqələrə və müsəlman qadınların ictimai yerlərdə hicab taxmasını qadağan etmək planına görə kəskin tənqid edib.

Sorğular göstərir ki, Makron Le Pen üzərində artan və əhəmiyyətli üstünlüyə malikdir. Lakin seçkinin nəticəsinin beş il əvvəlkindən daha yaxın olacağı gözlənilir.

Fransa prezidenti həmçinin deyib ki, rəqibinin Fransada müsəlman qadınların ictimai yerlərdə hicab taxmasını qadağan edən planı Qərbi Avropada ən çox müsəlman əhalisi olan ölkədə “vətəndaş müharibəsi”ni alovlandıracaqdır.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!