Makron Bin Salmanı Yelisey sarayına dəvət edib

QafqazTimes xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu gün Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanı qəbul etməyi planlaşdırır. Bu görüş insan haqları təşkilatları tərəfindən tənqid edilib.

Beynəlxalq media, o cümlədən “Reuters” xəbər agentliyi Makronun Məhəmməd bin Salmanla görüşünü Qərb ölkələrinin Ukraynada müharibənin ortasında əsas neft hasil edən ölkələrdən biri kimi Səudiyyə Ərəbistanının dəstəyini qazanmaq səylərinin bir hissəsi kimi qiymətləndiriblər.

Fransa hökumətinin müxalifləri və insan haqları təşkilatları Makronun bin Salmanı Yelisey sarayında şam yeməyinə dəvət etmək qərarını tənqid ediblər. Müxtəlif dəlillərə görə, 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Camal Qaşıqçının öldürülməsi əmrini verən şəxs məhz Məhəmməd bin Salmandır.

Səudiyyə vəliəhdinin Parisə səfəri Co Baydenin Ər-Riyadda Bin Salmanla görüşündən iki həftə sonra baş tutacaq. Bu görüş Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Aqnes Kallamardın reaksiyası ilə müşayiət olundu. O, bir tvitində bu barədə yazıb: “Bu qatil şahzadəyə itirilmiş heysiyyətini qaytarmaq ABŞ-da olduğu kimi Fransada da realist siyasət kimi izah olunacaq, amma əslində hər şeyin fövqündə dayanan yalvarışdır. Gəlin reallıqla üzləşək.”

Fransa və digər Avropa ölkələri Rusiyanın Ukraynaya hücumunun enerji böhranlarını idarə etməyə çalışırlar. Ukraynaya hücumdan sonra Rusiya Qərb ölkələrinin sanksiyalarına və Ukraynanı dəstəkləməsinə cavab olaraq Avropaya qaz nəqlini dayandırıb. Buna görə də Makron ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının hasilatını artırmasını istəyir.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik