Mahmud Abbasdan Fələstin müqavimətinə növbəti zərbə

QafqazTimes xəbər verir ki, sionist mənbələr Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın sionist rejimin müharibə naziri Benni Qantz ilə telefon danışığı apardığını bildiriblər.

Sionist “Yediot Aharonot” qəzeti Abbasın Qantz ilə telefon danışığından məqsədinin ibrani Yeni İlini təbrik etmək olduğunu, lakin bu telefon danışığında iki tərəfin İordan çayının qərb sahilindəki təhlükəsizlik vəziyyəti və öz aralarında təhlükəsizlik koordinasiyasının gücləndirilməsini də müzakirə etdiklərini yazıb.

Bu telefon danışığı Fələstinin müqavimət əməliyyatlarının gücləndiyi, sionist rejimin İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdəki təhlükəsizlik və hərbi qurumlarının hazır vəziyyətdə olduğu və təmas nöqtələrində 25-ə yaxın hərbi batalyonun yerləşdirildiyi bir vaxtda baş tutub.

Həmçinin, Təl-Əvivdəki təhlükəsizlik mənbələri işğalçı rejimin səlahiyyətlilərinin İşğal olunmuş Qüdsə getmək niyyətində olan mühacirlərin təhlükəsizliyini təmin etmək məqsədilə işğal altındakı Qüds şəhərinə, xüsusən də bu şəhərin qədim hissəsinə və fələstinlilərlə qarşıdurma nöqtələrinə yüzlərlə zabit, polis qüvvələri yerləşdirdiyini bildiriblər.

“Rəy Əl Yovm” qəzetinin verdiyi məlumata görə, Fələstin muxtariyyətinin rəsmiləri həmçinin Fələstin təhlükəsizlik qüvvələrinin fəaliyyətinə zəmin yaratmaq üçün sionist rejim ordusunun Nablus və Cenin daxilindəki əməliyyatlarının azaldılmasının vacibliyini vurğulayıblar.

Sionist KİV-lər həmçinin bildiriblər ki, Həmas hərəkatından olan Musab Aştiya və Nablus şəhərinin 6 sakini həbs edildikdən sonra fələstinli mücahidlərlə Fələstin təhlükəsizlik qüvvələri arasında yaşanan qarşıdurma, muxtariyyətin Qərb Sahilinin şimalında fəal olduğunu göstərdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur