Mahmud Əz-Zihar: Səudiyyə koalisiyası regionun gələcəyində yeri olmayan güclərə arxalanır

QafqazTimes xəbər verir ki, HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud Əz-Zihar bu gün Səudiyyə-BƏƏ koalisiyası tərəfindən yəmənli mülki vətəndaşların öldürülməsinə reaksiya olaraq deyib: “Fars körfəzinin ərəb dövlətləri Yəmənə qarşı təcavüzün və sionist rejimlə saziş siyasətinin əvəzini ödəyəcəklər.”

Əz-Zihar Əl-Məyadin telekanalına müsahibəsində deyib: “Yəmənin işğalı sionist rejimin fələstinlilərə qarşı təcavüzü kimidir.”

O, deyib: “Səudiyyə koalisiyası Qərb və sionist rejimin razılığını əldə etmək istəyir. Fars körfəzindəki ərəb rejimləri uğursuz plan seçiblər və onlar regionun gələcəyində yeri olmayan güclərə arxalanırlar.”

HƏMAS rəsmisi həmçinin vurğulayıb: “Məhz ərəb rejimlərinin zülmü onların xalqlarının işğala və sionist rejimlə əlaqələrin normallaşmasına qarşı etiraz səslərini bildirmələrinə mane olur.”

Related posts

Seyid Əmmar Həkimin zəfər komandirlərinin şəhadətinin ildönümü münasibəti ilə mesajı

Qar və soyuğa baxmayaraq, insanlar şəhid Hacı Qasim Süleymaninin məqbərəsinə şövqlə axışırlar – video

Qasım Süleymani” Hindistan xalqının gözündə