M2 çipi ilə təchiz edilmiş yeni “MacBook Air 15” artıq satışda! – FOTO/VİDEO

İyunun 6-da “Apple” şirkəti 15,6 düyüm ekranı olan yenilənmiş “MacBook Air”in bazara buraxıldığını elan edib. Keçmiş modellərin ən yaxşı texniki xüsusiyyətlərini özündə birləşdirən bu yeni məhsul “MacBook Air” silsiləsinə ən son əlavə olub.

Azərbaycanda 15,6 düyüm diaqonallı displeyə malik yeni “MacBook Air M2” modeli iyunun 23-dən satışa çıxarılacaq. Bu gündən etibarən isə cihazı rəsmi “Apple” resellerlərindən erkən sifariş etmək mümkündür.

Son dərəcə nazik “MacBook Air 15” modeli “Liquid Retina” displeyi ilə təchiz edilib ki, bu da hətta video rejimində ən xırda detalları dəqiq ötürməyə imkan verir. “MacOS” əməliyyat sistemi “Magic Keyboard” klaviaturası, “iPhone” və “iPad” ilə işləmək üçün idealdır. 

“MacBook Air 13” М2 modeli ilə müqayisədə yeni model təkmilləşdirilmiş batareya və yeni səs sistemi ilə təchiz edilib. Üç mikrofon ətrafdakı küyü boğaraq, sizin səsinizə fokuslanır. Altı dinamikə və “Spatial Audio” funksiyasına malik səs sistemi tam şəkildə musiqiyə dalmağa imkan verir.

M1 modeli ilə təchiz edilmiş “MacBook Air 13” modeli ilə müqayisədə yeni model bir sıra üstünlüklərə malikdir:

 – M2 çipi sayəsində yeni model 20-40% daha üstün performansa malikdir.
 – Güclü qrafik prosessor, 24 Gb-dək operativ yaddaş.
 – Geniş rəng qammasına malik daha parlaq “Liquid Retina” displeyi.
 – 6 dinamikə, “Spatial Audio” funksiyasına və 3 mikrofona malik yeni səs sistemi.
 – Təkmilləşdirilmiş kamera, qidalanma adapteri və “FaceTime” HD kamerası.

Yeni məhsul “Midnight”, “Starlight”, “Space Grey” və “Silver” rənglərdə təqdim olunur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi