Ağdamda çaya sel gəlib – VİDEO

Qarqarçay çayına sel gəlib.

Qarabağ ərazisində qeyri-sabit hava şəraiti gecə boyu davam edib.

Ağdam və ətraf rayonlarda şimşək çaxıb, ara bir leysan xarakterli yağış yağıb. Yağışlı hava şəraiti dağlıq və dağətəyi ərazilərdə intensiv və güclü olub.

Leysan yağışlar nəticəsində çaylarda sel təhlükəsi yaranıb. Hazırda Qarqarçay çayının Ağdam rayon ərazisindən keçən hissəsindən sel keçir.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO