Məşhur “qanuni oğru” gözündən GÜLLƏLƏNDİ – FOTO

Nüfuzlu gürcü əsilli “qanuni oğru”, “Gia Long” ləqəbli 68 yaşlı Georgi Diakvnişvili Moskvadakı evində başından güllə yarası ilə tapılıb.

Sentyabrın 3-də təcili yardım briqadası Yeni Moskvanın Mostovskoye kəndinə çağırışla gəlib və nüfuzlu kriminal avtoriteti göz yuvasından güllələnərək yerdə uzanmış halda aşkar edib. Onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi və hazırda reanimasiyada olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşları “Makarov” markalı qaz tapançası götürüblər. Faktla bağlı cinayət işi açılıb.

İstintaq “qanuni oğru”nu öldürməyə cəhd, eləcə də intihara cəhd versiyalarını araşdırır.

Cinayət aləmində “Gia Lonq” kriminal aləmin “xaç atası” Aslan Usoyanın (Ded Xasan) tərəfdarı olması ilə tanınır və rəqibi Tariel Onianiyə qarşı çıxırmış.

Related posts

300 il öncə batmış şəhər yenidən göründü – FOTO

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb – FOTO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO