Məşhur aktyorun həyatını itirdiyi qəza yerindən görüntülər (Video izlə)

Məşhur rusiyalı kino aktyoru Sergey Puskepalis Rostov vilayətində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Şahidlərin bildirdiyinə görə, rusiyalı aktyorun olduğu “Ford Transit” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə aktyor yerindəcə həyatını itirib, onu yanında oturan sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Sergey Puskepalis “Sadə şeylər” (2006), “Bu yayı necə keçirdim”(2010) filmlərində baş rollarda oynayıb. O həmçinin Moskva şəhərində yerləşən müxtəlif teatrlarda teatr-studiyasının quruluşçu rejissoru kimi çalışıb.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO