“Məşğələyə gecikirəm” deyən şagird yuxarı mərtəbədən atlayaraq xəsarət aldı (Video izlə)

Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin şagirdi ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Şagird “məşğələyə gecikirəm” deyib və ikinci mərtəbədən atlayaraq məktəbdən qaçmaq istəyib. Ancaq bu əməli ona baha başa gəlib.

Məsələdən xəbər tutan müəllimlər hadisə zamanı xəsarət alan 10-cu sinif şagirdini dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Abşeron rayon Təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Tahirova bildirdi ki, hadisə saat 12 radələrində baş verib. Sözügedən şagird müəllimlərin gözündən yayınaraq ikinci mərtəbədən qaçmağa cəhd göstərib.

Məktəbdən isə bildirildi ki, şagirdlərin dərsdən yayınmamaları üçün məktəbdə nəzarət gücləndirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO