Mərkəzi Bankın sədri inflyasiya ilə bağlı AÇIQLAMA verdi

“Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir.

“Bu ilin sonuna baza amillərinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır”, – o əlavə edib.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir