Məktəbli özünü öldürüb? – Bu gün son zəngi olmalı idi (Video izlə)

Füzulidə 17 yaşlı oğlan kanalda batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. Kanalda batdığı deyilən məzunla bağlı bir sıra detallar məlum olub. Yayılan məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış. Bu səbəblə də o, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Böyük Bəhmənli kənd Etiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Elnarə Hüseynovanın bildirdiyinə görə, Zaur Süleymanov 3-cü qrupa hazırlaşıb. Qəbul imtahanında 610 toplayan şagirdin arzusu tarix və ya hüquq fakültəsinə qəbul olmaq olub. O, son zəng üçün yeni libas alıb, məktəbi yüksək qiymətlərlə bitirəcəkdi. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb. Böyük Bəhmənli kənd ərazi nümayəndəsi Asəf Hüseynovun verdiyi məlumata görə, Zaur Süleymanovun batması dəqiq deyil. Məlumata görə, yeniyetmənin tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur. Zaur Süleymanovun intihar edib-etməməsi isə dəqiq bilinmir.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO