Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində görün nə aldı – FOTO

Zimbabvedə dövlət səfərində olan Belarus rəhbəri Aleksandr Lukaşenko prezident Emmerson Mnanqaqvaya “Belarus 92s” traktorunu hədiyyə edib. Əvəzində isə həmkarı ona şir müqəvvası bağışlayıb.

Hədiyyə mübadiləsi zimbabveli fermerlərə Belarus kənd təsərrüfatı texnikasının təhvil verilməsi mərasimində baş tutub.

“İlk növbədə, amerikalılara və bütün Qərb dünyasına bizə qarşı sanksiyalar tətbiq etdiklərinə görə təşəkkür etmək istəyirəm. Əks halda, bu geniş sahədə Belarus traktorları deyil, Amerika və Almaniya traktorları dayanardı”, – Lukaşenko bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrında Lukaşenko Rusiya prezidenti Vladimir Putinə də ad günü münasibətilə “Belarus 1523.3” traktoru hədiyyə edib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO