Liz Trassın nəhəng müqəvvası yandırıldı (Video izlə)

Noyabrın 5-dən 6-na keçən gecə Britaniyada Qay Foks Gecəsi qeyd olunub.

Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi.

Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan birinin bu məlumatı ağzından qaçırması nəticəsində alınıb. O vaxtdan bəri Qay Foksun təsviri ənənəvi olaraq hər il atəşfəşanlıq sədaları altında yandırılır.

Edenbridcdə isə son 20 ildir ki, daha bir ənənə peyda olub. Orada Foksun əvəzinə digər məşhurların təsvirləri yandırılır. Ötən illərdə Qay Foksu Boris Conson, Donald Tramp, Məhəmməd bin Salman və hətta Səddam Hüseyn “əvəz edib”. Bu il isə orta əsr sui-qəsdçisinin yerini Consondan sonra qısa müddət krallığın baş naziri olmuş Liz Trass tutub.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO