Livan sionist rejimdən şikyət etdi

Livan xarici işlər nazirliyi bəyanat yayaraq humanitar yardım dəstələrinə hücum etdiyi üçün İsrail rejimindən BMT Təhlükəsizlik Şurasına şikayət ərizəsi ünvanlandığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan XİN-ı elan edib: Livanın cənub bölgələrində Əl Həbariyyə, Əl Naqura və Bəələbək şəhərlərindən Qəzzəyə humanitar yardım çatdıran mülki şəxslərə hücum nəticəsində 18 nəfər şəhid olub və yaralandığı üçün sionist rejim barədə şikayət ərizəsi verdik.

Livan Hizbullahının parlamentdəki nümayəndəsi Əli Fəyyaz deyib: Müqavimət sionist rejimə tutarlı cavablarını verəcək. Sionist düşmənin son zamanlar Livanın cənubunda gərginlik cəhdləri onların siyasi və təhlükəsizlik cəhətdən yaşadığı böhranın əlamətidir.

Fəyyaz həmçinin vurğulayıb: Düşmən bu gərginlik cəhdlərinə davam edərsə, nəticələrini də hesablamalıdır. Çünki bu rejimə daha çox ziyan verə biləcək bir qərardır.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik