Livan sionist rejimə qarşı beynəlxalq ictimaiyyətə müraciət etdi

Livan XİN-i rəsmi bəyanat yayaraq beynəlxalq ictimaiyyəti sionist rejim təcavüzkarlarının Qəzzə zolağı və Nablos şəhərinə hücumlarına susmamasına dəvət etdi.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, rəsmi Beyrut bəyanat yayaraq sionist rejimin xristian və islam dini müqəddəslərinə hörmətsizlik nişanəsi olan təcavüzkar rəftarlarını pisləyərək elan edib:  Onların bu rəftarı dünya təhlükəsziliyi və sülhü pozmaq eməkdir.

Bəyanatda həmçinin saxtakar rejimin cinayətlərinin dərhal dayandırılması və atəşkəs rejiminin hakim olması tələb olunub.

Qeyd edək ki, siyonist rejim dünən səhər Qəzzə zolağında yeni hücum əməliyyatlarına başlayıb. Bu günə olan məlumata görə bir sutka ərzində 4-ü uşaq və 4-ü qadın olmaqla 15 nəfər şəhid olub və 22 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağırdır.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir