Livan rəsmisi: İran gəmisinə hər hansı bir hücum olarsa, Aralıq dənizindəki bütün İsrail gəmiləri Hizbullahın atəşinə məruz qalacaq

Qafqaztimes xəbər verir ki, “Nəşrə” internet saytına görə, Livan Ərəb Tövhid Partiyasının lideri Viam Vahab televiziya müsahibəsində ölkədəki ümumi vəziyyət haqqında danışarkən gənclərin böhran və problemlərinin artmasına işarə edərək deyib: “Livan gəncliyi çox yaradıcıdır və mühüm fikirlərə malikdirlər. Buna görə də onların istedadlarını inkişaf etdirmək üzərində çalışmaq lazımdır.”

O, həmçinin ölkədə yeni hökumətin qurulması ilə əlaqədar olaraq danışarkən, hər kəs buna nail olmaq və içində olduğumuz böhrandan çaxmaq üçün birgə çalışmağın lazım olduğunu söyləyib.

Livan Ərəb Tövhid Partiyasının lideri, Beynəlxalq Valyuta Fondunun Livan üzərində ictimai sektor işçilərinin sayının azaldılması, Səhiyyə Nazirliyi və Sosial İşlər Nazirliyinin xidmətlərinin azaldılması kimi bir çox tədbirlər tətbiq etmək niyyətində olduğunu söyləyərək deyib: “Baş nazir Nəcib Miqati öz missiyasında ciddidir və ölkəni xilas etmək üçün nə etməli olduğunu yaxşı bilir.” O bildirib ki, Miqati keçmiş baş nazir Səd Həriridən çox fərqlidir və hər kəslə əlaqələri və əməkdaşlığı aktivləşdirə bilir.

O, söhbətinin sonunda Livan yanacaq böhranı və Livana yardım etmək üçün ölkəyə yanacaq daşıyan İran gəmilərinin hərəkətə keçməsi barədə bunları söyləyib: “Livana doğru hərəkət edən hər hansı bir İran gəmisinə hücum ediləcəyi təqdirdə, Aralıq dənizindəki bütün İsrail gəmiləri Hizbullahın atəşinə məruz qalacaqdır!”

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…