Livan nümayəndəsi: İranın yanacaq daşıyan gəmiləri ABŞ və müttəfiqlərinin planlarını alt-üst etdi

Qafqaztimes xəbər verir ki, Hizbullahla əlaqəli “Əl-Vəfa lilmuqavimə” fraksiyasını təmsil edən Livan parlamentinin üzvü Həsən Fəzlullah, ABŞ-ı ölkədəki böhranlarda oynadığı mənfi roluna görə sərt tənqid edib.

Əl-Mənar xəbər telekanalına görə Fəzlullah deyib ki, İranın yanacaq daşıyan gəmisi ABŞ hökuməti və Livanda ona bağlı ünsürlərin bütün planlarını alt üst etdi.

O, qeyd edib ki, bu məğlubiyyət daha çox Livan xalqını aşağılamaq və müqaviməti hədəf almaq istəyən tərəflərə yönəlib.

Livan nümayəndəsi bildirib ki, ABŞ pulun Livana daxil olmasına və Livan xalqının pullarının geri qaytarılmasına icazə vermir. Bundan əlavə ABŞ heç bir xarici yardımın Livana gətirilməsinə də imkan vermir.

O, həmçinin qeyd edib ki, ABŞ-ın bu addımı hətta neft məhsullarına- idxal üçün ABŞ-ın göstərişini tələb etməyən məhsullara da şamildir.

Fəzlullah əlavə edib ki, insanları ABŞ sanksiyalarından qorxutmaq üçün sürətlə hərəkətə keçənlər öz siyasi, iqtisadi və maliyyə seçimlərindəki uğursuzluqlarını ört -basdır etməyə çalışırlar.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq