Livan İsmayıl Həniyyəyə başsağlığı verdi

Livan Hizbullahı baş katibinin müavini Həmas lideri İsmayıl Həniyyənin 3 övladı və 3 nəvəsinin şəhid olması münasibətilə başsağlığı verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Şeyx Nəim Qasim dünən (10 aprel) Həmas lideri ilə telefon söhbətində İsmayıl Həniyyəyə əzizlərinin müqəddəs şəhidlik məqamına çatmsı münasibətilə təbrik edərək ona başsağlığı verib.

Xatırladaq ki, dünən (10 aprel) sionistlərin Qərbi Qəzzəyə hücumu zamanı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Haniyənin üç övladı və üç nəvəsi şəhid olub.

Haniyə övladlarının və nəvələrinin şəhid olması xəbərinə cavab olaraq dedi: 3 övladım və nəvələrimin bəzisinin şəhadəti ilə mənə bəxş etdiyi şərəfə görə Allaha şükür edirəm. Bu ağrılar və qanlarla Fələstin milləti və məsələsinin və İslam ümmətinin gələcəyini və azadlığını quracayıq.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi