Livan Hizbullahı sionist rejimin mövqelərinə raket hücumu edib

Livan İslami Müqaviməti işğal olunmuş Fələstinin şimalında sionist rejimin hərb mövqelərinə raket hücumu edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan İslam Müqaviməti bu gün səhər (21 mart) elan edib: Mücahidlərimiz sionist qəsəbəsi Əl Muttələdəki İsrail hərbi mövqelərinə raketlə hücum etdik.

Məlumata görə, həmçinin raket hücumunda Efifim qəsəbəsində sionist hərbçilərin məskunlaşdığı bina da hədəfdə olub.

Livan müqaviməti cənub sərhədindəki Əl Bağdadi məntəqəsində də sionist rejim ordusunun zirehli avtomobilini raketlə vurub.

Bundan əvvəl də sionist rejim mediaları 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatı başlandığından Livanın hərbi mövqelərə hücumlarında 17 hərbçisinin həlak olduğundan xəbər vermişdi.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi