Livan Hizbullahı sionist rejimə onlarla raket atdı

Sionist rejimin hücumlarına cavab olaraq Livan Hizbullahı onlarla raketlə bu rejimin müxtəlif bölgələrdəki bazalarını hədəfə alıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan İslami Müqaviməti sionis rejimin Kiylua, Yuaf, Zibdin, Əl Minarə, Ruysatulelm və Cövlandakı hərbi düşərgə və bazalarını raketlə hədəfə aldığını elan edib.

Məlumata görə Livan İslami müqaviməti bu hücumların səbəbini işğalçı rejimin ölkəsinin cənub bölgələrinə intensiv təcavüz olduğunu qeyd edib.

Bundan əvvəl İsrail rejimi qırıcıları Livanın cənub bölgələri olan Əl Cənta vadisi, Kəfər Kəla, Yarun, Həvla və Əytul Şəəbi bombardman etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib