ABŞ: İsrail ordusunun geri çəkilməsi qüvvələrin sadəcə yenidən hazırlanması üçündür

Ağ Ev İsrail ordusunun Qəzzədən geri çəkilməsinin səbəbini sadəcə qüvvələrin yenidən hazırlanması olduğunu, heç də yeni əməliyyatlara hazırlıq üçün olmadığını elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru dünən (7 aprel) sionist rejim ordu qüvvələrinin Qəzzə zolağının cənubundan geri çəkilməsi barədə sualın cavabında “sadəcə dincəlmək və yenidən hazır olmaq” kimi izahat verib.

Con Kirbi ABC xəbər kanalı ilə müsahibədə deyib: İsrailin bizə verdiyi məlumata görə 4 aylıq müharibədən sonra hərbi qüvvələrin istirahətə ehtiyacı var və bu geri çəkilmə yeni əməliyyatlara hazırlıq mənası kəsb etmir.

Digər bir xəbərə görə, ABŞ rəsmiləri İsrail hökumətinin nümayəndələri ilə Rəfahdə vəziyyətlə bağlı gözlənilən görüşdə hərbi əməliyyatların aparılması ilə bağlı öz təcrübələrini bölüşməyi nəzərdə tuturlar.

 “Biz İsrailin baş naziri Binyamin Netanyahu və komandasına Rəfahdakı quru əməliyyatını dəstəkləmədiyimizi, Rəfahda radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarını təqib etmək üçün başqa üsul və variantları, onların araşdırmalı olduqlarını bildirdik”, – o deyib.

“Keçən həftə virtual görüş keçirdik və yaxın bir həftə ərzində israilli həmkarlarımızla üzbəüz görüşü səbirsizliklə gözləyirik, qrafik hələ işlənir. Ümid edirik ki, bu barədə baxışımızı daha ətraflı izah edəcəyik, bəzi alternativləri, bu cür əməliyyatların aparılması ilə bağlı öz təcrübəmizdən onlara danışmaq istədiyimiz şeyləri təqdim edəcəyik”, – Kirbi əlavə edib.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanata görə, ötən bazar ertəsi ABŞ və İsrail rəhbərliyinin nümayəndələri arasında İsrail hərbçilərinin Rəfah şəhərində quru əməliyyatı keçirməsi məsələsi ilə bağlı onlayn görüş keçirilib. Sənəddə vurğulanır ki, “sonrakı müzakirələrə gələn həftə kimi strateji məsləhət qrupunun təkbətək görüşü daxil olacaq”.

Related posts

Belçika və Fransa Haaqa Məhkəməsinin qərarına dəstək verdi

İraq İslami Müqavimət qrupları bir daha FƏləstin xalqına dəstək duracaqlarını sübut etdi

Vaşinqton Rəfəh keçidi barədə Tel Əvivə təklif etdi