Lapid: Müdafiə üçün əsgərimiz tükənib

Sionist rejim müxalifət başçısı radikal yəhudi tayfası Heridilərin hərbi xidmət çağırışına etirazına reaksiya verərək İsrail ordusunda əsgər çatışmazlığını etiraf edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yair Lapid heridilərə kinayə ilə xitab edərək deyib: Heridilərdən başqa hərbi xidmətə çağırmağa heç kimimiz qalmayıb.

İsrailin müharibə naziri Yoav Qalant bir mətbuat konfransında heridilərin hərbi xidmətdən azad olduğunu elan etdikdən sonra müxalifət hakim koalisiyanın ləğvindən nigarandır.

Yair Lapid həmçinin Həmasla girov mübadiləsi barədə razılığa gəlməkdən başqa bir çarənin olmadığını vurğulayaraq deyib: Razılaşmanın bir o qədər də asan olmadığını bilsək də, girovların qaytarılması ilə nəticələnəcəyi üçün dəyəri var.

Lapid həmçinin girovlar qaytarılmadan müharibədə qələbənin imkansız olduğunu bir daha qeyd edərək deyib: Baş nazir Netanyahu Qəzzə müharibəsindən heç də ibrət dərsi almadığı üçün qüdrətdə qalması mümkün deyil.

Related posts

Sionist rəsmi: İsrailin 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır