Laçından heç yerdə görmədiyiniz GÖRÜNTÜLƏR (Video izlə)

Laçın işğaldan azad edildikdən sonra şəhər nəhəng tikinti meydançasına çevrilib və hər yerdə yenidənqurma, bərpa işləri aparılır.

Nəqliyyat üzrə ekspert-hüquqşünas Ərşad Hüseynov Laçın şəhərinə səfəri zamanı lentə aldığı görüntüləri paylaşıb. O, paylaşım zamanı Laçının hazırkı durumu, tikinti işlərinin necə aparılmasından bəhs edib: “Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır. Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Hər yerdə tikinti, yenidənqurma, bərpa işləri gedir.

Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu “yaralar” sağaldılır…

Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.

Xalqımız, Dövlətimiz və Ordumuz daim var olsun!”

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO