Kral evdən imtina etdi, şahzadə oteldə qalacaq – FOTO

Böyük Britaniya kralı III Çarlz Uelsdə 15 ildən çoxdur icarəyə götürdüyü evdən imtina edib.

Bukingem Sarayının təsdiq etdiyi kimi, monarx bu il başa çatan icarə müddətinin bitməsi barədə Hersoqluğa məlumat verib.

Bildirilib ki, kralın orada vaxt keçirmə ehtimalı çox azdır.

Kral III Çarlzın varisi, Uelsin yeni şahzadəsi Uilyam bu yaşayış sahəsinə varis olmayacaq. O, Uelsə səfər edərkən yerli iqtisadiyyatı dəstəkləmək üçün hotellərdə qalacaq.

Ehtimal olunur ki, kral tərəfindən uzunmüddətli icarəyə xitam verildikdən sonra bu mülk kommersiya əsasında fərdi şəxslərə icarəyə veriləcək.

Related posts

Yaponiyada məşhur Fuji dağını turistlərə göstərməyəcəklər -FOTO

Rumıniyada deputat həmkarının burnunu dişlədi – VİDEO

BMT-nin qərargahında bayraqlar yarıya endirildi – FOTO