Qafqaztimes.com Rtvi.com-a istinadən xəbər verir: Dünyanı idarə edənlər bəşəriyyəti real, sağlam, xoşbəxt həyatdan məstlik və həyəcanın hakim olduğu həyata doğru sürükləyir. Beləcə, 2023-cü ildə MMA döyüşçüləri komosda qarşılaşacaq. İtalyan prodüsser Andrea Ervolino yeni realiti-şou üzərində işlədiyini bildirib. Yeni layihəyə əsasən döyüşçülər çəkisizlik şəraitində mübarizə aparacaq. Qalaktika döyüşü – Galactic Combat adlanan proqramda əvvəlcə 40 döyüşçü vuruşacaq. Finalistlər kosmosa yola salınacaq. Döyüş 1,5 saat davam edəcək. Bu müddət ərzində şattl Yeri dövrə vuracaq. Ervolino bu döyüşü MMA-Zero G. adlandırıb.