Kosmosda baş verən qəzanın görüntüləri yayıldı (Video izlə)

Kosmosda qəza baş verib. Belə ki, “Soyuz MS-22” kosmik gəmisində soyuducu maye sızması olub. Onu aradan qaldırmaq üçün kosmonavt Anna Kikina kosmik gəmini yoxlayıb. Məlum olub ki, aqreqat bölməsinin xarici üzlüyü zədələnib. Bu səbəbdən Sergey Prokopyev və Dmitri Petelinin kosmosa çıxması ləğv edilib.

Qəza xarici kameralarda görüntülənib. Anna Kikina manipulyatordakı kameradan robot qoldan istifadə edərək görüntüləri lentə alıb. Artıq nasazlığın aradan qaldırıldığı və sistemlərin həmişəki kimi işlədiyi bildirilib.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO