Kosmik teleskop Neptun halqalarının ən aydın təsvirini çəkib – FOTO

Ceyms Uebb Orbital Rəsədxanası Günəşdən ən uzaqda yerləşən qaz nəhəngi Neptunu əhatə edən qaz və toz halqalarının indiyədək olan ən aydın görüntülərini, həmçinin onun peyklərinin bir qisminin fotoşəkillərini əldə edib.

Avropa Kosmik Agentliyindən (ESA) bildirilib ki, təsvirlər elm adamlarına Neptunun halqalarının və peyklərinin yaranma tarixini öyrənməyə kömək edəcək.

Qeyd olunub ki, böyük toz və qaz halqaları təkcə Günəş sisteminin ikinci ən böyük planeti olan Saturnu deyil, həm də Neptun da daxil olmaqla bir çox digər qaz nəhənglərini də əhatə edir.

Həmçinin, Ceyms Uebb Neptunun 14 peykindən yeddisini, o cümlədən ən böyük peyki Tritonun da şəklini çəkib. Bu kiçik göy cisminin mənşəyi alimlər arasında çoxdan mübahisəlidir. Elm adamları ümid edirlər ki, Neptunun Ceyms Uebbin köməyi ilə sonrakı tədqiqi bu suala cavab verəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi