Koronavirusun yeni simptomu ortaya çıxdı: Sizdə bu əlamət varsa, test verin

Koronovirusun yeni simptomu meydana çıxıb. COVİD-19 pandemiyası yeni variantlarla dünyanı təsir altına almağa davam edərkən, Omicron BA.5 alt variantının simptomları ilə bağlı İngiltərədən diqqətəlayiq bir açıqlama gəlib. Professor Luke ONeill COVİD-in Omicron BA-5 alt variantının simptomları haqqında təəccüblü açıqlama verib. Xüsusilə Avropada sürətlə yayılan və yoluxmaların sayının yenidən artmasına səbəb olan bu alt variantın indiyə qədər pandemiyada bilinəndən fərqli əlamətlərə səbəb olduğuna diqqət çəkən ekspert onların arasında ən diqqət çəkən əlamətinin yuxusuzluq olduğunu söyləyib. Belə ki, yoluxan şəxslərdə ciddi yuxu pozğunluğu meydana gəlir və onlar bədən üçün başlıca qida sayılan yuxunun çatışmazlığı səbəbindən immunitet zəifləməsinə məruz qalırlar. Araşdırmalarda Omicron BA.5 variantının yoluxduqdan sonra həftələrlə yayılmağa davam etdiyi və yoluxucu təsirini qoruduğu da müəyyən edilmişdir.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO