Koreya Yaponiya dənizi sahillərinə desant çıxardı – FOTO

Cənubi Koreya Silahlı Qüvvələri Yaponiya dənizi sahillərində desantın çıxarılması üzrə təlimlər keçirib.

Hotuk təlimi çərçivəsində hərbi manevrlərdə 6 minə yaxın hərbi qulluqçu, 40-a yaxın amfibiya desant maşını, 50-yə yaxın aviasiya texnikası, o cümlədən 10 gəmi və 1 desant gəmisi iştirak edib. Təlimlər oktyabrın 28-nə qədər davam edəcək.

Qeyd olunur ki, təlimlərdə silahlı qüvvələrin müxtəlif bölmələrinin sahildə hücuma keçmək imkanları da işlənilib.

“Bu təlimlərin köməyi ilə biz çevik reaksiya sistemi yarada biləcəyik. Bu sistem tapşırığı aldıqdan sonra istənilən vaxt, istənilən yerdə və istənilən şəraitdə hərəkətə keçməyə imkan verəcək”, – deyə Dəniz Piyadaları Korpusundan bildirib.

Təlimlərdə həmçinin potensial rəqib tərəfindən gələ biləcək mürəkkəb xarakterli təhlükələr də öz əksini tapıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi