Ukrayna paytaxtında, metronun “Lukyanovskaya” stansiyasının yaxınlığında partlayış baş verib. Bundan sonra yanğın başlayıb.
Polis və yanğınsöndürənlər artıq hadisə yerindədirlər.
İlkin məlumatlara görə, partlayışa səbəb qaz balonu olub. Hadisənin səbəbləri dəqiqləşdirilir.
Yerli mediada partlayışın fəsadlarının, metro stansiyasının zədələnmiş fasadı və stansiyaya gedən yolun fotoları dərc olunub.