Gürcüstanda dəhşət: Eyvandan açdığı atəşlə yoldan keçənləri qətlə yetirdi – FOTO/VİDEO

Gürcüstanın Saqareco şəhərində 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından atəş açıb. Həmin vaxt həyətdə olan dörd nəfər ölüb, beş nəfər isə yaralanıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxs hadisə yerinə gələn polislərə də atəş açıb, nəticədə hüquq-mühafizə orqanının əməkdaşlarından biri həlak olub.

Səlahiyyətlilərin məlumatına görə, kişi intihar edib. Hazırda araşdırmalar aparılır.

KİV-də yayılan məlumata görə, şübhəli Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçi olub və 2006-2021-ci illərdə Müdafiə Nazirliyinin strukturlarında da işləyib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO