Kino tarixində ilk: Kosmosda çəkilən film nümayişə çıxır – FOTO/VİDEO

Film tarixində ilk dəfə olaraq kosmosda çəkilən “Vızov” (“Çağırış”) filmi artıq nümayişə çıxır.

Bu barədə Rusiyanın “Birinci Kanal”ından xəbər verilib.

“Kosmosda çəkilmiş ilk film və bu, hər şeyi deyir. Dekorasiyada, kompüterdə deyil, sözün əsl mənasında Yerdən kənarda, əbədiyyət və ulduzlar arasında. Kino tarixində ilk dəfə olaraq, tamaşaçılar kosmosu olduğu kimi – real görəcəklər”, – deyə “Birinci Kanal”ın baş direktoru, prodüser Konstantin Ernst bildirib.

Filmin süjetinə görə, torakal cərrah Jenya (Yuliya Peresild) əsl kosmonavt Oleq Novitskinin canlandırdığı kosmonavt İvanovu xilas etmək üçün bir ay ərzində uçuşa hazırlaşmalı, sonra isə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yollanmalıdır. O, çəkisizlik şəraitində ən çətin əməliyyatı yerinə yetirməlidir – astronavtın Yerə sağ-salamat qayıtma şansı bundan asılıdır.

Məlumata görə, rusiyalı kosmonavt Anton Şkaplerov, kinorejissor Klim Şipenko və aktrisa Yuliya Peresild filmin çəkilişləri üçün  2021-ci ildə “Soyuz MS-19” kosmik gəmisində BKS-ə yollanıblar.

BKS-də çəkilişlərdə kosmonavtlar Anton Şkaplerov, Oleq Novitski və Pyotr Dubrov da iştirak ediblər. Filmdə, həmçinin Miloş Bikoviç, Vladimir Maşkov, Aleksandr Baluyev, Yelena Valyuşkina, Aleksandr Samoylenko və başqaları çəkiliblər.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO

1 şərh

No deposit bonus Aprel 23, 2023 - 10:31 səhər

No deposit bonus from https://zkasin0.site connect your wallet and enter promo code [3wedfW234] and get 0.7 eth + 100 free spins, Withdrawal without limits

Add Comment