Kinli dəvəni vurması həyatı bahasına başa gəldi (Video izlə)

Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalayaraq öldürüb.

Faciə Omsk vilayətində yerli ov bazasının dəvələri yetişdirdiyi ərazidə baş verib.

Hadisə baş verən gün kişi bütün heyvanları volyerə aparmalı idi, ancaq dəvələrdən biri müqavimət göstərməyə başlayıb. Kadrlardan kişinin onun üzündən yumruqla vurduğu görünür. Qəzəblənən heyvan gözətçiyə hücum edərək onu ayaqları altında əzib.

51 yaşlı kişi ağır travmalarla xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb, o, reanimasiyada keçinib.

Related posts

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO

Su altında evinə üzərək baş çəkməyə getdi: Qayıda bilmədi – VİDEO